Sabirabadda yük avtomobilində yanğın oldu - VİDEO

Sabirabadda yük avtomobilində yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Surra kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “SHACMAN” markalı yük avtomobilinin arxa təkərində baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində yük avtomobilinin bir ədəd arxa təkəri yanıb. Avtomobil yanğından mühafizə olunub.

 


OXŞAR XƏBƏRLƏR