Gürcüstanda torpaq sürüşməsi - üç nəfər öldü - YENİLƏNDİ

Gürcüstanda torpaq sürüşməsi - üç nəfər öldü - YENİLƏNDİ

Gürcüstanın Bağdati munisipalitetinin Neergeti kəndində güclü yağışlar səbəbilə baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili bildirib. İtkin düşən daha 5 nəfərin axtarışlarının davam etdirildiyi bildirilib. Əraziyə 200-dən çox xilasedici cəlb edilib. Artıq torpaq kütləsinin 70%-nin təmizləndiyi bildirilir.

 

Xatırladaq ki, ötən ilin avqustunda Gürcüstanın Oni bələdiyyəsinin Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində 30-dan çox insan həlak olub.

 

***

 

10:35

 

Gürcüstanın qərbində İmereti bölgəsində torpaq sürüşməsi nəticəsində üç nəfər ölüb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib.

 

Məlumata görə, İmeretidə torpaq sürüşməsi nəticəsində dörd yaşayış binasını da örtüb. Bağdat bələdiyyəsinin Nepreti kəndində uçqun altından bir nəfər xilas edilib, 3 meyit aşkarlanıb. Bildirilib ki, xilasedicilər daha altı nəfərin axtarışını davam etdirir. Fəlakət bölgəsində 200-dən artıq yanğınsöndürən-xilasedici , xüsusi texnika və kinoloq işləyir.

 

İnformasiyaya əsasən, fevralın 6-da Gürcüstanda hava qəflətən kəskin sərtləşib. Əlverişsiz hava şəraitindən ən çox Gürcüstanın qərb bölgəsinə ziyan dəyib.


OXŞAR XƏBƏRLƏR