İrlandiyanın sabiq Baş naziri VƏFAT ETDİ

İrlandiyanın sabiq Baş naziri VƏFAT ETDİ

İrlandiyanın sabiq Baş naziri Con Bruton vəfat edib.

 

Sfera.az APA-ya xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

 

Məlumatda bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 76 yaşında Dublində xəstəxanada vəfat edib.

 

Bruton 1994-cü ildən 1997-ci ilə qədər İrlandiyanın Baş naziri olub. O, həmçinin müxtəlif illərdə maliyyə naziri, sənaye, ticarət və turizm naziri olub, Avropa İttifaqının ABŞ-dakı səfiri vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR