Qubada ağır yol qəzası oldu, 5 nəfər xəsarət aldı - ADLAR - FOTO - YENİLƏNDİ

Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb.
Sfera.az xəbər verir ki, bu gün səhər saatlarında Qusar-Quba yolunun 4-cü kilometrliyində baş verən avtomobil qəzasında xəsarət alan 5 nəfərdən biri, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu xəstəxanada ölüb.
Qəzada yaralanan digər 4 nəfərin isə müalicələri xəstəxanada davam etdirilir. (Report)
***
10:55
Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.
Sfera.az Report-a istinadən xəbər verir ki, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.