Tərtər sakini minaya düşdü

Tərtər sakini minaya düşdü
Kateqoriya məlum deyil
T

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

 

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR