Biləsuvarda ovçuluq təsərrüfatında köçəri quşların sayı azalıb

Biləsuvarda ovçuluq təsərrüfatında köçəri quşların sayı azalıb

Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında quşların sayının azaldığı müşahidə olunur.

 

Sfera.az  Report-a istinadən xəbər verir ki, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları - qaşqaldaq, ördək və s. köç ediblər. Lakin ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında azalma olub.

 

Eyni zamanda əvvəlki dövrlərdə yüz mindən çox flaminqonun (qızıl qaz) qışladığı bu ovçuluq təsərrüfatında bu il cəmi bir flaminqo müşahidə olunub. Sözügedən təsərrüfatda quşlarının say azlığının səbəbi son zamanlar iqlim dəyişkənliyi nəticəsində bataqlıq ərazilərində su həcminin azalmasıdır. Həmçinin burada suyun səthinin yüksək olmaması da səbəblərdən biridir.

 

Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 136 hektardır.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...