Bakıda 13 min manat dəyərində OĞURLUQ HADİSƏSİ

Bakıda 13 min manat dəyərində OĞURLUQ HADİSƏSİ
Kateqoriya məlum deyil
T

Bakının Sabunçu rayonu ərazisində evlərdən 13 min manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.

 

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR