Kafedə şaurmadan kütləvi ZƏHƏRLƏNMƏ

Kafedə şaurmadan kütləvi ZƏHƏRLƏNMƏ

Rusiyanın İrkutsk vilayətində şaurmadan kütləvi zəhərlənmə olub.

 

Sfera.az xəbər verir ki, hadisə İrkutsk şəhərinin Leninski rayonunda kafedə baş verib. İstintaq komitəsi bir neçə nəfərin zəhərlənməsindən sonra təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb.

 

Müəyyən edilib ki, iaşə obyektlərindən birində yemək yedikdən sonra bir neçə nəfər qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Xəstələr arasında iki uşaq da var. Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

 

Hazırda müstəntiqlər zərərçəkmişləri və şahidləri dindirir, həmçinin kafeyə baxış keçirirlər.

 

Teleqram kanallarının məlumatına görə, ümumilikdə 12 nəfər qidadan zəhərlənib, onların əksəriyyəti xəstəxanaya yerləşdirilməli olub. Məlumata görə, onların hamısı Leninski rayonundakı bir müəssisədə şaurma alıblar. Doqquz böyük və iki uşaq xəstəxanaya aparılıb. (Lent.az)


OXŞAR XƏBƏRLƏR