Bakıda avtobuslar bir-birinə çırpıldı, xəsarət alanlar var - VİDEO

Hadisə
15:48 / 28.01.2024
3060
Ötən gün Bakı şəhər Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində yol qəzası baş verib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, 596 saylı xətt üzrə hərəkət edən 2 "Daewoo" markalı avtobuslar bir-birinə çırpılıb.
Nəticədə avtobuslarda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.
Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.