Sabirabadda toy karvanında qəza: Xəsarət alanlar var

Kateqoriya məlum deyil
T
Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin üç üzvü xəsarət alıb.
Sfera.az xəbər veriri ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.
Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Nihad Xalid oğlu Qasımlı, 2010-cu il təvəllüdlü Kazım Xalid oğlu Qasımlı və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Cəmilə Musa qızı Qasımova müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır. (APA)






