Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5.1 maqnituda gücündə zəlzələ olub.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

 

Qeyd olunub ki, zəlzələ Ege dənizində qeydə alınıb. Məlumata görə, zəlzələ 10-15 saniyə çəkib və ətraf rayonlarda da hiss edilib.

 

Təbii fəlakətin nəticələri barədə hələ ki, məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR