Ayıdan xilas olmaq üçün öz qolunu kəsdi – TƏFƏRRÜAT

Ayıdan xilas olmaq üçün öz qolunu kəsdi – TƏFƏRRÜAT

Taylandın Chiang Mai şəhərində, "Vəhşi təbiəti mühafizə mərkəzi"də könüllü olaraq çalışan turist, meyvə verdiyi ayının hücumuna məruz qalıb.

 

Sfera.az xəbər verir ki, 32 yaşlı isveçli turist Stefan Klaudio Spekoqnanın sağ əli vəhşi ayı tərəfindən dişlənib.

 

Hadisə şahidlərinin sözlərinə görə, ayı qəfəsə meyvə qoyan turisti qolundan dişləyərək qəfəsə doğru dartıb. Turist, hücumdan xilas olmaq üçün öz qolunu bıçaqla kəsib. Hücumdan sonra xəstəxanaya yerləşdirilən Spekoqnanın həyatının təhlükədə olmadığı öyrənilib.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR