Türkiyəyə işləməyə gedən azərbaycanlı gəncə nə oldu? - FOTO

Hadisə
14:55 / 26.01.2024
8999
Türkiyədə azərbaycanlı gənc itkin düşüb.
Sfera.az xəbər verir ki, bu barədə onun valideyni sosial şəbəkədə məlumat paylaşıb. Məlumata əsasən, 22 yaşlı Həmid Məhərrəmov 4 gün əvvəl işləmək üçün Türkiyəyə gedib. Bakı aeroportunda polis əməkdaşları gəncin yaxınlarına Həmidin İstanbul şəhərinə uçduğunu bildiriblər.
Bundan sonra 4 gündür ki, ailəsi ondan xəbər ala bilmir.
H. Məhərrəmovun atası Türkiyədə onu görən həmyerlilərimizdən məlumat vermələrini xahiş edir. (Lent.az)