Bakıda külli miqdarda pul oğurlandı

Bakıda külli miqdarda pul oğurlandı

Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR