Qardaşı ilə birgə dəm qazından boğulan Əli 3 ay əvvəl AİLƏ QURUBMUŞ... - YENİLƏNDİ

Qardaşı ilə birgə dəm qazından boğulan Əli 3 ay əvvəl AİLƏ QURUBMUŞ... - YENİLƏNDİ

ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi, hadisə ilə bağlı digər təfərrüatı da ortaya çıxarıb.

 

Sfera.az xəbər verir ki, Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

 


Modern.az-ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.



Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu

 

S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi. 
 

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

***

 

10:21

 

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.

 

Sfera.az xəbər verir ki, onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyini bildirilib.

 

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.


OXŞAR XƏBƏRLƏR