Bakının mərkəzində evdən içi dolu seyf aparıldı

Bakının mərkəzində evdən içi dolu seyf aparıldı

Bakıda 40 yaşlı qadının evinə basqın edilib.

Sfera.az report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar.

Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR