Göygöldə iki nəfər dəm qazından boğularaq öldü

Kateqoriya məlum deyil
T
Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.
Sfera.az-ın məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb.
Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)






