Bu şirkətlərin lisenziyası ləğv edilib

Bu şirkətlərin lisenziyası ləğv edilib

Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2023-cü ilin yekunlarına həsr olunmuş hesabatında bildirilib.

 

Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesini həyata keçirib. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə “Caspium Group” MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, “Media Art” şirkətinə, “Metronet” MMC-yə, “Albax TV” MMC-yə, “Şam” MMC-yə, “Real Telecom” MMC-yə, “RA Technologies” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə “İzone” MMC-yə və “Startelekom” MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurasının verdiyi lisenziyalar ləğv edilib.

 

Ümumilikdə 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.

 

Bununla da hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi aşağıdakı kimidir:

 

- 11 ümumölkə yerüstü televiziya redaksiyası;

 

- 10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

 

- 16 ümumölkə yerüstü radio radio redaksiyası;

 

- 4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

 

- 10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);

 

- 16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;

 

- 2 sifarişli yayım xidməti provayderi;

 

- 42 universal platforma operatoru;

 

- 8 sadə platforma operatoru;

 

- 2 multipleks operatoru.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...