Lənkəranda ər-arvad dəm qazından öldü
Hadisə
19:21 / 18.01.2024
6229
Lənkəranda ər-arvad dəm qazından zəhərlənərək ölüb.
Sfera.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəfərov Murad Aydın oğlu və həyat yoldaşı Cəfərova Bənövşə Abduləli qızı yaşadıqları evdə ölü vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)