TƏCİLİ: Sumqayıt Tibb Kollecinin yataqxanası yanır - VİDEO

TƏCİLİ: Sumqayıt Tibb Kollecinin yataqxanası yanır - VİDEO

23:40

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

****

 

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

 

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

 

Nazirlikdən bildirilir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. 

 

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. 

 

***

 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, yataqxana tipli bu bina qazlaşmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 


OXŞAR XƏBƏRLƏR