Sexin dağıntıları altından daha bir nəfərin cəsədi TAPILDI- YENİLƏNDİ

Sexin dağıntıları altından daha bir nəfərin cəsədi TAPILDI- YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

***

14:56

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Bununla da ölənlərin sayı 8 nəfərə çatıb.

 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.


OXŞAR XƏBƏRLƏR