Bakıda vaqon deposunda YANĞIN OLDU

Kateqoriya məlum deyil
T
Bakıda vaqon deposunda yanğın olub.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda Şimal vaqon deposunun ərazisində ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı texniki xidmət məntəqəsinin 1 otağının tavanı 12 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Məntəqənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






