Bakıda partlayış baş verən sexdə yanğın məhdudlaşdırılıb, 24 nəfər xəsarət alıb - YENİLƏNDİ

Bakıda partlayış baş verən sexdə yanğın məhdudlaşdırılıb, 24 nəfər xəsarət alıb - YENİLƏNDİ

Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb.

 

Bu barədə Sfera.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki. Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

 

Məlumata görə, xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

 

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

 

14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

 

Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

***

13:09

 

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, xeyli sayda xəsarət alan olduğu bildirilir.

 

***

12:52

 

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

 

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

 

***

12:13

 

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.


OXŞAR XƏBƏRLƏR