Azərbaycanda yola qum səpən maşın qəzaya düşdü: yaralanan var

Azərbaycanda yola qum səpən maşın qəzaya düşdü: yaralanan var

Goranboyda yola qum səpən maşın qəzaya düşüb.

 

Sfera.az unikal-a istinadən xəbər verir ki, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib.

 

Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.

 

Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəllüdlü əməkdaşı Əfqan Həbib oğlu Qafarov çoxsaylı bədən xəsarətləri alıb.

 

Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR