Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var

Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az-ın məlumatına görə, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.

 

Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üçü Bakı şəhər sakinidir.

 

Faktla bağlı araşdırma aparılır.(Report)


OXŞAR XƏBƏRLƏR