Qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı ilkin HESABAT
Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən Azərbaycana məxsus "An-12" tipli yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə bağlı ilkin hesabatını açıqlayıb.
Sfera.az "Report"a istinadən bildirir ki, bu barədə Komitənin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsi 18 may 2016-cı il tarixində Əfqanıstanda qəzaya uğrayıb. Qəza Dvayer hava limanından uçuş zamanı baş verib. İcarəyə götürülmüş təyyarə beynəlxalq heyət üzvləri tərəfindən idarə olunub. Onun tərkibinə Özbəkistan, Ukrayna və Azərbaycan vətəndaşları daxil olub. Təyyarə uçuş zamanı sürət yığarkən uçma-enmə zolağından kənara çıxıb və qəzaya uğrayb.
Hesabatda qeyd olunur ki, torpaq ilə hərəkət zamanı təyyarə ciddi şəkildə zədə alıb ki, bu da yanğına səbəb olub və nəticədə təyyarənin böyük hissəsi məhv olub.
"Uçma-enmə zolağının çıxış kandarına təqribən 260 metr qalmış, 220 km/saat cihaz sürəti yığmış (maksimum yığılmış sürət) təyyarənin "özünə" şturvalının lülələrinin əyilməyə başlaması qeydə alınıb. Təyyarənin uçma-enmə zolağından qalxması baş verməyib. Bütün zolaq boyu hərəkət edən təyyarə, 220 km/saat sürət ilə torpaq hissəyə çıxıb", - deyə hesabatda bildirilir.