Bakıda bayram günü bıçaqlanma olub, yeniyetmə tutulub
Hadisə
14:00 / 02.01.2024
21948
Dekabrın 31-də axşam saatlarında Qobu Park yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.