Azərbaycanda Şaxta baba Yeni il şənliyində VƏFAT ETDİ

Kateqoriya məlum deyil
T
Oğuzda Şaxta baba obrazında çıxış edən kişi ölüb.
Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində keçirilən Yeni il şənliyində baş verib.
Belə ki, şənlikdə Şaxta baba obrazında çıxış edən rayonun Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı anidən pisləşib və o, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.






