Bakıda restoranda YANĞIN

Kateqoriya məlum deyil
T
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, faktla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğın söndürülüb. Soyutma işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.






