Avtomobil 8 yaşlı məktəblini vuraraq öldürdü

Kateqoriya məlum deyil
T
Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Həvahi kəndində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Rzayev Əlisoltan Əli oğlunu vurub. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.






