"2 nəfərin vəziyyəti ağırdır..." - Qəzaya düşən PFL əməkdaşları ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıYevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.

 

Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yaralıların son durumu barədə məlumat verilib.
 

“Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

 

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.

 

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar”, - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR