Çində iki metro qatarı toqquşub – Yüzlərlər yaralı var

Çində iki metro qatarı toqquşub – Yüzlərlər yaralı var

Çinin paytaxtı Pekində iki metro qatarı toqquşub.

 

Sfera.az xəbər verir ki, qatarların toqquşması nəticəsində 515 nəfər xəsarət alıb.

 

Qəza sürüşkən olan relslərdə metro qatarının avtomatik əyləc sisteminin işə düşməsi nəticəsində baş verib.

 

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım, polis qrupları müdaxilə edib və bütün sərnişinlər təxliyə edilib.

 

Xəsarət alanlardan 25-i müşahidə altındadır, 67-nin müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, güclü qar şəhərdə bəzi qatarların hərəkətinin dayandırılmasına və məktəblərin bağlanmasına səbəb olub.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR