Bakı metrosunda QORXULU ANLAR: Qadın sərnişin qəfil...

Bakı metrosunda QORXULU ANLAR: Qadın sərnişin qəfil...

Bu gün "Memar Əcəmi" stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

 

Bu barədə Sfera.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

 

Bildirilib ki, yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib. 


OXŞAR XƏBƏRLƏR