Azərbaycanda dəhşətli qəza: sürücü öldü - FOTO
Kateqoriya məlum deyil
Beyləqanda 29 yaşlı şəxs qəzada öldü.
Sfera.az xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Sürücü 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı "Vaz2107" markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə avtomobil daş divardan olan rayonun giriş qapısına çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (Trend)








