Logo

Ad günündə 8-ci mərtəbədən yıxıldı, sağ qaldı

Ad günündə 8-ci mərtəbədən yıxıldı, sağ qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədi rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılan 27 yaşlı gənc sağ qalıb.

Sfera.az "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Cəfər Xəndan küçəsi 42, mənzil 366 ünvanında baş verib.

Belə ki, 1989-cu il təvvəllüdlü Cəmilov Cəlil Rafət oğlu ötən gecə yaşadığı evdə özünün ad gününü qeyd edib. Mərasim davam etdiyi vaxt gənc otaqdan eyvana çıxıb. C.Cəmilov ehtiyyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. O, binanın həyatində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb.

Ağır bədən xəsarətləri alan C.Cəmilov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdı.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR