Kəlbəcərdə avtomobil aşıb, xəsarət alan var

Kəlbəcərdə avtomobil aşıb, xəsarət alan var

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.

 

Sfera.az-ın məlumatına görə, avtomobil yolunun “Ömər aşırımı” adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.

 

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. (Report)


OXŞAR XƏBƏRLƏR