Yevlaxda komaya düşən yeniyetmə xəstəxanada ÖLDÜ

Yevlaxda komaya düşən yeniyetmə xəstəxanada ÖLDÜ

Yevlaxda yeniyetmə xəstəxanada ölüb.  

 

Sfera.az-ın məlumatına görə ölüm hadisəsi bu gün Yevlax şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, koma vəziyyətində xəstəxanaya yerləşdirilən 16 yaşlı yeniyetmə oğlan reanimasiya şöbəsində dünyasını dəyişib. Onun komaya düşməsinin və ölümünün səbəbi hələ ki, tam məlum deyil. Mərhumin nəşi müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma başlanıb.


OXŞAR XƏBƏRLƏR