Polis mayoru qəfil VƏFAT ETDİ
Hadisə
18:32 / 10.12.2023
4162
Polis mayoru ürəktutmadan dünyasını dəyişib.
APA - nın cənub bürosunun verdiyi xəbərə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov şəxsi maşını ilə hərəkətdə olarkən qəfil ürəktutmadan vəfat edib.
1959-cu il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb. O, ictimai təhlükəsizlik bölməsinin inspektoru idi.