Gəncədə toyda dava - Bıçaqlananlar var

Gəncədə toyda dava - Bıçaqlananlar var

Gəncədə iki nəfər toyda bıçaqlanıb.

 

Sfera.az məlumatına görə, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov toyda bıçaqlanıblar. Onlar xəstəxanaya yerləşdirliblər.

 

Xəstələrin yaraları tikilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


OXŞAR XƏBƏRLƏR