"Qanuni oğrular"ın başçısının İstanbulda SAXLANILMA ANI - VİDEO

Hadisə
11:44 / 03.12.2023
5365
Rusiyada fəaliyyət göstərən "Qanuni oğrular" təşkilatının rəhbəri Şamil Əmirov Türkiyə polisinin İstanbulda keçirdiyi "Qəfəs-15" əməliyyatı ilə tutulub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya bildirib.
İnterpol tərəfindən "mavi bülleten"lə axtarışda olan Şamil Əmirovun İstanbulun Sarıyer məhəlləsində yaşadığı müəyyən edilib və keçirilən əməliyyatla yaxalanıb.
Qeyd edək ki, Şamil Əmirov dələduzluq və cinayətkar şəbəkə yaratmaqda ittiham olunur.
BAKU.WS