Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada öldü

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada öldü

Zaqatala şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR