Sumqayıtda yanğın olub - Xəsarət alan var

Sumqayıtda yanğın olub - Xəsarət alan var
Kateqoriya məlum deyil
T

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, "Mercedes" markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR