Binəqədidəki yanğında bir polis xəsarət alıb - DİN MƏLUMAT YAYDI + FOTOLAR

Binəqədidəki yanğında bir polis xəsarət alıb - DİN MƏLUMAT YAYDI + FOTOLAR

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.

 

Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

 

Hazırda tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR