İtaliyada Etna vulkanı püskürdü

İtaliyada Etna vulkanı püskürdü

İtaliyanın cənubunda Etna vulkanı püskürüb.

 

Sfera.az xəbər verir ki, Siciliya adasında hündürlüyü təxminən 3300 metr olan Etna dağı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.

 

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürtdüyü küllərin təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib.

 

İtaliya mətbuatında yer alan xəbərlərdə Etnadakı lava axınının kilometrlərlə uzaqdan göründüyü və vulkanik aktivliyə görə bölgədən keçən təyyarələrə qırmızı kod xəbərdarlığının edildiyi qeyd edilib.

 

Etnanın yaydığı kül səbəbiylə vulkanın ətrafındakı yaşayış məntəqələrində bir çox küçə və nəqliyyat vasitələrinin külə büründüyü bildirilib.    

 

Qeyd edək ki, Etna kontinental Avropanın ən yüksək aktiv vulkanıdır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR