Sumqayıtda ana və azyaşlı qızları sosisdən zəhərləndi
Kateqoriya məlum deyil
T
Sumqayıtda ana və 2 qızı sosisdən zəhərlənib.
Sfera.az xəbər verir ki, 1984 cü il təvəllüdlü Ləbibova Vüsalə Hüseynağa qızı, övladları 2016-cı il təvəllüdlü Ləbibzadə Ayşə Zaur qızı və 2017-ci il təvəllüdlü Ləbibzadə Fəridə Zaur qızı yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblər.
Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






