Maşınla vurulan inək sərnişinə ağır xəsarət yetirdi

Maşınla vurulan inək sərnişinə ağır xəsarət yetirdi

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarlarında olub.

 

Belə ki, Cəbrayıl rayon sakini “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən qarşısına çıxan inəyi vurub.

 

Qəzada zərbənin təsirindən inək maşının salonuna düşüb. Bu zaman maşının qabaq oturacağında əyləşən Cəbrayıl rayon sakini, 1998-ci il təvəllüdlü Behbudov Mahmud Qürbət oğlu baş nahiyyəsindən xəsarət alıb.

 

Burunu, çənəsi sınan M.Behudova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilərək Bakı xəstəxanalarından birinə yola salınıb.
Qeyd edək ki, xəsarət alan sərnişin FHN-nin əməkdaşıdır.


OXŞAR XƏBƏRLƏR