Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib
Kateqoriya məlum deyil
T

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

 

“Report” xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.

 

Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü M.V.Tağızadə səhvən ev heyvanı dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü İ.R.Hüseynov isə “Naftalan yağı” içərək zəhərləniblər.

 

Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR