Lənkərandan ÜZÜCÜ XƏBƏR: ölən və yaralanan var

Hadisə
18:40 / 24.10.2023
5267
Lənkəranda avtomobil dərəyə aşıb, ölən və yaralanan var.
Sfera.az xəbər verir ki, hadisə rayonun Təngivan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, avtomobil Lənkəran-Lerik yolunda hərəkətdə olarkən idarəetmədən çıxaraq aşağı yuvarlanıb.
Avtomobil dərədə olduğu üçün digər zərərçəkənin olub-olmadığı ilə bağlı dəqiqləşdirmələr aparılır.
Faktla bağlı araşdırma aparılır.