Qubada iki maşın toqquşdu - Yaralılar var

Qubada iki maşın toqquşdu - Yaralılar var

Oktyabrın 15-i saat 17:30 radələrində Quba rayonunun Amsar kəndi ərazisində “VAZ-2107” və “GAZ-33021” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Hadisə nəticəsində həmin avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR