Şəmkirdə AĞIR QƏZA: Ölən və xəsarət alanlar var
Hadisə
23:39 / 14.10.2023
8590
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəza rayonun Yeniabad kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan "Ford" markalı yük maşını minik avtomobili ilə toqquşub.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.
Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.